Çərşənbə , 29 May 2024
Drone Cameras

Kaliforniyada meşə yanğınları səbəbindən minlərlə sakin təxliyə edilir

ABŞ-ın Kaliforniya ştatında güclü meşə yanğınları 6 min insanı təxliyə edilir.

Güclü yanğın mənbəyi ABŞ-ın ən çox ziyarət edilən təbiət parklarından biri olan Yosemit Milli Parkının yaxınlığında yerləşir. Burada baş verən yanğın nəticəsində yaxınlıqdakı iki mindən çox ev və təşkilat işıqsız qalıb.

Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamentinin məlumatına görə, yanğının əhatə etdiyi ərazi 40 kvadrat kilometrə çatıb.

Yanğının söndürülməsinə 400-dən çox insan, aviasiya və ağır texnika cəlb olunub.

Check Also

Xarkovda supermarketə zərbə nəticəsində ondan çox insan ölüb

“Bu, Rusiya dəliliyinin növbəti təzahürüdür” Rusiya qüvvələrinin Ukraynanın şimalında yerləşən Xarkov şəhərində supermarketə raket zərbəsi …