Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

Kanada MN İsrailin Əl-Əhli xəstəxanasına zərbə endirmədiyinə əmindir

Kanadanın Milli Müdafiə Nazirliyinin kəşfiyyatı İsrailin Qəzza zolağındakı Əl-Əhli xəstəxanasına zərbə endirmədiyinə yüksək dərəcədə əmindir.

Boyukmillet.com xəbər verir ki, bu barədə hərbi qurumun rəhbəri Uilyan Blerin bəyanatında bildirilib.

“Baş nazir (Castin Trüdo – red.) məndən Kanada Silahlı Qüvvələrinə partlayışla bağlı müstəqil araşdırma və təhlil aparmağı tapşırmağımı xahiş edib. Kanada Qüvvələr Kəşfiyyat Komandanlığı (CFINTCOM) tərəfindən müstəqil olaraq aparılan təhlil İsrailin 17 oktyabr 2023-cü il tarixində xəstəxanaya zərbə endirmədiyini yüksək dərəcədə əminliklə göstərir. Daha çox ehtimal edilən ssenari göstərir ki, zərbə Qəzza zolağından atılan xətalı raket tərəfindən törədilib”, – sənəddə qeyd olunub.

Bler əlavə edib ki, bu işlə bağlı yeni məlumatlar ortaya çıxan kimi Müdafiə Nazirliyi ictimaiyyəti bilgiləndirəcək.

Xatırladaq ki, daha öncə “Guardian” Əl-Əhli xəstəxanasındakı partlayışla əlaqədar araşdırma aparıb. Eyni zamanda, “Newsweek” də bununla bağlı ABŞ kəşfiyyatının yüksək vəzifəli nümayəndəsinin də rəyini alıb.

Check Also

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb. Boyukmillet.com xəbər verir ki, bu …