Cümə , 29 Mart 2024
Drone Cameras

Karantin qaydalarını pozan daha bir kafe aşkarlandı

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Boyukmillet.com xəbər verir ki, bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı Cəlilabad şəhəri ərazisində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən “Cənnət bağı” adlı kafe aşkarlanıb.

Obyektə baxış zamanı orada olan kafenin icarədarı A.Əliyev və 11 nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar edilib.

Həmin şəxslərə sərtləşdirilmiş karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Check Also

“Bakı Kiyevə silah verir”yalanında Qərb izi

Müdafiə Sənayesi Nazirliyi erməni iftiralarını təkzib etdi, rəsmi Moskva isə “əsas odur ki, İrəvanın Ukraynaya …