Bazar , 28 Aprel 2024
Drone Cameras

5 evdən oğurluq edən usta tutuldu – FOTO

Qusarda beş fərdi yaşayış evindən müxtəlif növ təmir-tikinti alətləri və elektrik naqilləri oğurlamaqla zərərçəkmişlərə maddi ziyan vuran şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətindən Open.az-a verilən məlumata görə, onun Sabirabad rayon sakini Bağır Bağırov olduğu müəyyən edilib.

Araşdırmalarla məlum olub ki, B.Bağırov bir müddət əvvəl Qusar rayonuna usta kimi işləməyə gəlib. Daha sonra isə o, rayon ərazisində beş evə qanunsuz daxil olaraq, həmin evlərdən satmaq niyyəti ilə müxtəlif növ təmir-tikinti alətləri və elektrik naqilləri oğurlayıb.

B.Bağırov tərəfindən oğurlanan əşyaların yerləri polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək, maddi sübut kimi götürülüb.

Qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, həmin şəxsin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.

Check Also

Xankəndidə silah və sursatlar aşkarlanıb

Ötən gün Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 tapança, …