Şənbə , 27 Aprel 2024
Drone Cameras

Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

“30 000, 17 000, 26 700, 9 000, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərində talamalar necə baş verir? Nəyisə almaq, nəyisə kirayələmək üçün onlayn qaydada beh ödəyirsiniz. Sonra beh ödədiyiniz şəxs sizə geri zəng edərək, yaxud, mesaj yazaraq, razılaşmanın mümkün olmadığı, alınmadığı üçün üzr istəyərək behi qaytarmaq istəyir. Siz də həmin pulu geri qaytarmaq üçün bank kartı məlumatlarını həmin şəxsə göndərirsiniz. Nəticədə kartınızda olan bütün vəsait hesabınızdan oğurlanır. Bütün bunları nəzərə alaraq, bank kart istifadəçilərini diqqətli olmağa çağırırıq.

Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …