Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

Kayseridə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri arasında görüş başlayıb

Türkiyənin Kayseri şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Caunşer Burçuladze arasında görüş başlayıb.

Boyukmillet.com xəbər verir ki, görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması müzakirə olunur.

Nazirlər eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, Z.Həsənov dekabrın 20-də Türkiyəyə səfər edib.

Check Also

Qərbi Azərbaycan İcması Fransa senatının təxribatçı qətnaməsini pisləyib

Qərbi Azərbaycan İcması son vaxtlar Ermənistanda və bir sıra digər ölkələrdə Azərbaycan-Ermənistan normallaşma prosesinə qarşı …