Bazar , 16 İyun 2024
Drone Cameras

Kenan Ahmet Türkdoğan: “Mən burada olduğum üçün şadam”

Alanya Alaaddin Keykubat Üniversitetinin rektoru professor Dr. Kenan Ahmet Türkdoğan ölkəmizə səfər edib.

O, Türk Dövlətləri Təşkilatının (TDT) Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) 7-ci Baş Assambleyasının keçirilən toplantısında  iştirak etmək üçün Bakıya işgüzar səfər edib.

Səfər çərçivəsində professor Dr. Kenan Ahmet Türkdoğan “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli ilə birlikdə 19 May-Atatürkü Anma Günü münasibətilə türk dünyasının lideri Mustafa Kamal Atatürkün abidəsi ziyarət edib.

Daha sonra Heydər Əliyev muzeyini ziyarət edən rektor təəssüratlarını bölüşərkən dünyanın bir çox muzeyində olduğunu, lakin burada tam fərqli auraya, dizayna və zəngin eksponata malik bir muzey gördüyünü dedi:

“Heydər Əliyev özü bir tarixdir. Onun keçdiyi yol burada çox aydın şəkildə muzey ziyarətçilərinə çatdırılır. Mən burada olduğum üçün şadam. Tarixi bir qəhrəmanın keçdiyi tarixi yolu  daha fərqli şəkildə görməkdən məmnunam”.

Emin ŞİRVANZADƏ

Check Also

COP29 Könüllülərinin iştirakı ilə sahilyanı təmizlik aksiyası təşkil edilib

COP29 Könüllülük Proqramının üzvlərinin iştirakı ilə Şıx çimərliyində sahil boyu “Cleanmob” təmizlik aksiyası təşkil edilib. …