Bazar , 19 Yanvar 2025
Drone Cameras

Kişi boksçularımızın Bolqarıstanda təlim-məşq toplanışı davam edir

Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının Bolqarıstanda təlim-məşq toplanışı davam edir. Baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərliyi altında yığmanın 15 idmançısı Sofiyada hazırlıq prosesində qatılıb.

Boyukmillet.com xəbər verir ki, məşqdə Tural Sarıyev (48 kq), Məsud Yusifzadə, Nicat Hüseynov (hər ikisi 51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Rəşid Həsənov, Sərxan Əliyev (hər ikisi 71 kq), Mirşərif Kazımzadə, Kamran Şahsuvarlı (hər ikisi 75 kq), Murad Allahverdiyev (80 kq), Eldar Quliyev (86 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) iştirak edirlər.

Yığmamız Bolqarıstanda toplanışı ev sahibləri, Moldova, Fransa, İordaniya və Rumıniya milliləri ilə birgə keçirir.

Aprelin 23-dək davam edəcək təlim-məşq toplanışı dünya çempionatına hazırlıq xarakteri daşıyır. Mundial mayın 1-14-də Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək.

Check Also

ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri – Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar …