Bazar , 11 Yanvar 2026
Drone Cameras

KİV: ABŞ-nin Yaponiyadakı aviabazasında partlayış olub, xəsarət alanlar var

Bazar ertəsi ABŞ-nin Yaponiyanın cənubundakı Okinava prefekturasında yerləşən “Kadena” aviabazasında partlayış baş verib.

Boyukmillet.com-un “Reuters”ə istinadən verdiyi məlumata görə, insident Yaponiyanın özünümüdafiə qüvvələrinin idarə etdiyi obyektdə qeydə alınıb.

Yerli hakimiyyət orqanları hadisənin partlamamış hərbi sursatların müvəqqəti saxlandığı yerdə baş verə biləcəyini istisna etmir.

NHK mümkün zərərçəkənlər barədə məlumat verib, lakin onların dəqiq sayı və xəsarətlərinin ciddiliyi hələ dəqiqləşdirilməyib.

“Kyodo” agentliyi isə Yaponiyanın Müdafiə Nazirliyinə istinadən partlayış zamanı ölkənin Milli Özünümüdafiə Qüvvələrinin 4 hərbçisinin xəsarət aldığını xəbər verib. Qeyd edilir ki, onların xəsarətləri yüngüldür.

Hadisənin səbəbi də dəqiq məlum deyil.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …