Bazar , 25 Oktyabr 2026
Drone Cameras

KİV: “Ermənistanın müdafiə naziri “Artsax Respublikası” ifadəsinin işlədilməsini qadağan edib”

“Ermənistanın müdafiə naziri Suren Papikyan martın 15-də nazirliyin bölmələrində “Artsax (?!) Respublikası” ifadəsinin işlədilməsinin qadağan edilməsi ilə bağlı məxfi əmr imzalayıb”.

Boyukmillet.com xəbər verir ki, bunu “Hraparak” qəzeti yazıb.

Nəşrin məlumatına görə, nazirin əmrində yazılıb: ““Artsax Respublikası” sözünü leksikondan çıxarmaq, yalnız “Dağlıq Qarabağ” sözlərindən istifadə etmək lazımdır”.

Bildirilib ki, S.Papikyanın əmri Müdafiə Nazirliyi sistemində vəzifəyə yeni təyin edilən, eyni zamanda istefada olan hərbçilər arasında narazılıq yaradıb. Amma onlar da Ermənistandakı bir çox vəzifəli şəxslər kimi işdən çıxarılacaqlarından qorxaraq susmağa üstünlük verirlər.

Check Also

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə …