Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

KİV: “HƏMAS Yaxın Şərqdə genişmiqyaslı müharibəyə səbəb olmağa çalışır”

“HƏMAS Yaxın Şərqdə genişmiqyaslı müharibəyə səbəb olmağa çalışır”.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-nin “Vaşinqton Post” nəşri kəşfiyyat məlumatlarına əsasən yazıb.

Bildirilib ki, HƏMAS bunun üçün İsrail ərazisinə növbəti hücumlara hazırlaşır: “HƏMAS-ın bu hücumu İsrailin ciddi cavabı ilə nəticələnəcək. Bu isə regionda ərəb ölkələrinin iştirakı ilə geniş müharibəyə səbəb olacaq”.

Qeyd olunub ki, hücum uğurlu olarsa, HƏMAS İsrailin dərinliklərinə doğru gedəcək.

Xatırladaq ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb. İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyi barədə xəbərdarlıq edib.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …