Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Azərbaycan cüdoçuları Avropa Kubokunu 4 medalla başa vurublar

Azərbaycan cüdoçuları Macarıstanın Dyor şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunu 4 medalla başa vurublar.

Boyukmillet.com xəbər verir ki, yığma üzvləri turnirdə 2 gümüş, 2 bürünc medal əldə ediblər.

Bununla cüdoçularımız ümumi hesabda 11-ci, oğlanlar arasında isə 6-cı yeri tutublar.

Qeyd edək ki, Avropa Kubokunda Azərbaycan 7 çəki dərəcəsində 32 cüdoçu ilə təmsil olunub. Emil Səfərov (50 kq) və Kənan Sadıqov (66 kq) gümüş, Əhməd Mehdiyev (73 kq) və Əli Qazıməmmədov (81 kq) isə bürünc mükafata yiyələniblər.

Check Also

Güləş üzrə Avropa çempionatının gümüş medalçısı Turan Bayramov: Hədəfim qızıl medal idi

Hədəfim qızıl medal idi, amma minimal fərqlə məğlub oldum. Boyukmillet.com xəbər verir ki, bunu Albaniyanın paytaxtı …