Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

KİV: İspaniya Ukraynaya tanklar və zenit raketləri göndərməyə hazırdır

İspaniya hökuməti Ukraynaya ağır silahlar, o cümlədən tanklar və zenit-raket kompleksləri verməyə hazırdır.

Boyukmillet.com-un məlumatına görə, bu barədə “El Pais” qəzeti Krallığın Nazirlər Kabinetindəki mənbələrə istinadən məlumat yayıb.

İndiyədək İspaniya hakimiyyəti Ukrayna tərəfinə döyüş sursatı, fərdi mühafizə vasitələri və yüngül silahlar – qumbaraatan və ya pulemyotlar verib.

Hazırda isə İspaniya “Leopard” tankları və zenit-raket komplekslərinin batareyasını tədarük etməyə hazırlaşır.

İspaniya həmçinin Ukrayna ordusuna Qərb tankları ilə işləmək üçün təlim keçməyi təklif edib. Nəşrin mənbələrinə görə, ilkin təlimlər 500 ispan əsgərinin yerləşdiyi Latviyada, daha sonra isə krallığın ərazisində keçirilə bilər.

Check Also

İranda üç günlük matəm elan edildi

İran hökuməti ölkədə baş verən kütləvi iğtişaşlar zamanı onlarla insanın həlak olması ilə əlaqədar üç …