Bazar , 11 Yanvar 2026
Drone Cameras

KİV: “Paşinyan komandasına Azərbaycanla sülh sazişi mətni üzərində işin sürətləndirilməsini tapşırıb”

Ermənistan Baş naziri Nikol Paşinyan Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Belçikanın paytaxtı Brüsseldə görüşdükdən sonra İrəvanda dar çərçivədə görüş keçirib.

Boyukmillet.com xəbər verir ki, hökumət başçısı müzakirə iştirakçılarına əldə olunan razılaşmaları ətraflı təqdim edib.

“Past” qəzetinin yazdığına görə, N.Paşinyan Azərbaycanla yekun sülh sazişinin mətni üzərində işin sürətləndirilməsini tapşırıb. Məlumatda bildirilib ki, saziş mətninin ilkin variantı noyabrın ortalarına qədər hazır olmalıdır.

Nəşrin Xarici İşlər Nazirliyindəki mənbəsinin məlumatına görə, artıq 1 aydan çoxdur ki nazirlikdə xüsusi qrup fəaliyyət göstərir və bütün diqqət bu məsələyə yönəlib.

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …