Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

KİV: Təxminən 30 KXDR hərbçisi 19 avqustda Cənubi Koreya ilə sərhədi keçib

Koreya Xalq Ordusunun təxminən 30 hərbçisi 19 avqustda Koreya Respublikası ilə sərhədi keçib, bu səbəbdən Cənubi Koreya tərəfi xəbərdarlıq atəşi açıb.

Boyukmillet.com-un məlumatına görə, bu iddia ilə BMT Komandanlığına istinadən “Yonhap” agentliyi çıxış edib.

“BMT Komandanlığının atəşkəsin təmin edilməsi komissiyası yanında istintaq qrupu Koreya Xalq Ordusunun təxminən 30 hərbçisinin tikinti işləri apardıqları ərazidə hərbi demarkasiya xəttini keçdiyini müəyyən edib”, – komandanlığın nümayəndəsi bildirib.

“Koreya Respublikasının Silahlı Qüvvələri onların demarkasiya xəttini keçdikləri barədə məlumatlandırmaq məqsədilə bir neçə xəbərdarlıq yayımlayıb, lakin KXDR hərbçiləri buna reaksiya verməyib”, – deyə vurğulayan nümayəndə davam edib: “Koreya Respublikasının Silahlı Qüvvələri Koreya Xalq Ordusunun əsgərlərini xəttin şimalına qayıtmağa məcbur etmək üçün xüsusi təyin edilmiş ərazidə xəbərdarlıq atəşləri açıb”.

Check Also

Aref: Quru əməliyyatı halında ABŞ qoşunlarının geri qayıtması Tehrandan asılı olacaq

İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Aref ABŞ-ın ölkəsinə qarşı mümkün quru əməliyyatı ilə bağlı məlumatlara …