Şənbə , 23 Noyabr 2024
Drone Cameras

KİV: Tarantino özünün sonuncu filmi üçün ssenari yazıb

Amerikalı rejissor və ssenarist Kventin Tarantino özünün yeni və, böyük ehtimalla, sonuncu filminin ssenarisini yekunlaşdırmaq üzrədir.

Boyukmillet.com xəbər verir ki, bu barədə “The Hollywood Reporter” dərgisi məlumat yayıb.

Mənbələrinin məlumatına görə, ssenarinin adı “Film tənqidçisidir”, əsərdə hadisələr 1970-ci illərin sonunda Los-Ancelesdə cərəyan edir. “The Hollywood Reporter” filmin baş qəhrəmanının qadın olduğunu aydınlaşdırıb. Nəşrin mənbələri qeyd edirlər ki, lent amerikalı jurnalist və ən nüfuzlu film tənqidçilərin biri olan Polin Keylə (1919-2001) həsr oluna bilər.

Çəkilişlərin bu ilin payızından başlanması planlaşdırılır. Nəşrə görə, hazırda Tarantino filmin lentə alınması üçün hər hansısa kinostudiya ilə müqavilə bağlamayıb.

“The Hollywood Reporter” vurğulayır ki, yeni əsər 59 yaşlı Tarantinonun karyerasında sonuncu tammetrajlı film ola bilər. Nəşr xatırladır ki, daha öncə rejissor dəfələrlə 10-dan çox olmayaraq film çəkməyi planlaşdırdığını bildirib. Jurnal vurğulayır ki, hazırda, “Billi öldürmək” (“Kill Bill”) döyüş filminin iki hissəsini bir əsərdən saysaq, rejissorun aktivində 9 film mövcuddur.

Tarantinonun ün qazanması 1994-cü ildə rejissoru və ssenari müəllifi olduğu “Bayağı oxumalıq”ın (“Pulp Fiction”) ekranlaşdırılmasından sonraya təsadüf edib. 8 milyon dollar büdcəsi və 100 milyon qazanc gətirən lent orijinal ssenariyə görə Kann festivalının baş mükafatı “Oskar”a və digər kinopremiyalara layiq görülüb. Orijinal ssenariyə görə “Oskar” heykəlciyi rejissora bir də 2012-ci ildə izləyicilərə sunulan “Zəncirsiz Canqo” (“Django Unchained”) filminə görə qismət olub.

Tarantinonun işləri arasında “Quduz itlər” (“Reservoir Dogs”, 1992), “Ceki Braun” (“Jackie Brown”, 1997), “Bir gün … Hollivudda” (“Once Upon a Time in… Hollywood”, 2019) və s. filmlər mövcuddur.

Xatırladaq ki, 2018-ci ild

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …