Bazar , 15 Noyabr 2026
Drone Cameras

KİV: Tramp Çinlə dostcasına mübarizə aparacaq

ABŞ Prezidenti Donald Tramp Pitsburqda çıxışı zamanı Çinlə “çox dostcasına” mübarizə aparacağını bildirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Eyni çıxışı zamanı Amerika lideri İndoneziya ilə əvvəllər imzalanmış ticarət sazişini yüksək qiymətləndirib. Tramp, həmçinin Hindistan da daxil olmaqla, digər ticarət sazişlərinin bağlanmasına icazə verdiyini bildirib.

Bağlanmış sazişə əsasən, İndoneziya ABŞ-dən təxminən 20 milyard dollarlıq enerji və kənd təsərrüfatı məhsulları, 50 “Boeing” təyyarəsi alacaq.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …