Cümə , 10 May 2024
Drone Cameras

KİV: Türkiyə ilin sonuna kimi İsveçin NATO-ya üzvlüyünü təsdiq edəcək

Türkiyə ilin sonuna kimi İsveçin NATO-ya üzvlüyünü təsdiq edəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya KİV-nə Türkiyə Böyük Millət Məclisindəki (TBMM) mənbə bildirib.

Qeyd olunub ki, İsveçin NATO-ya üzvlüyü prosesi 2023-cü ilin sonuna qədər başa çata bilər.

Bildirilib ki, parlament bu məsələyə sabahdan etibarən baxacaq: “Hansısa gözlənilməz hadisə olmasa, proses ilin sonuna qədər başa çata bilər”.

Qeyd edək ki, İsveç və Finlandiya ötən ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib. Finlandiya bu il aprelin 4-də NATO-nun 31-ci üzvü olub. Lakin Türkiyənin təsdiq etməməsi səbəbindən İsveçin müraciəti hələ müsbət nəticələnməyib.

Check Also

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb. Boyukmillet.com xəbər verir ki, bu …