Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

KİV: Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib

ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü artıq bərpa edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, tədarük ötən həftənin sonunda bərpa olunub.

“Reuters”in əldə etdiyi məlumata görə, Tramp hakimiyyəti əvvəlcə Kiyevə silah tədarükünün tam dayandırılması imkanını nəzərdən keçirib.

Qeyd olunur ki, Amerika administrasiyasında Ukraynaya silahların hansı həcmdə veriləcəyi ilə bağlı fikir ayrılıqları var.

Ağ Ev məlumatı hələlik şərh etməyib.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …