Şənbə , 13 Dekabr 2025
Drone Cameras

KİV: Yaponiya Fələstinin tanınmasını təxirə salacaq

Yaponiya hökuməti Fələstin dövlətinin tanınmasını gecikdirəcək, çünki bu addım Fələstindəki vəziyyətə və Yaponiya-ABŞ münasibətlərinə mənfi təsir göstərə bilər.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Asahi” qəzeti mənbələrə istinadən yazıb.

Bundan əvvəl ABŞ hakimiyyəti dəfələrlə Asiya və Avropa ölkələrini Fələstin dövlətçiliyini tanımamağa çağırıb.

Qəzetin mənbələrinə görə, Yaponiyanın Baş naziri Siqeru İsiba sentyabrın 22-də BMT Baş Assambleyasının iclası çərçivəsində keçiriləcək Fələstin problemi ilə bağlı beynəlxalq konfrans üçün Nyu-Yorka getməyəcək.

Hazırda 147 ölkə Fələstin dövlətini tanıyır. 2024-2025-ci illərdə bu siyahıya bir sıra ölkələr, o cümlədən Avropa ölkələri də qoşulub. Bu, ötən il ABŞ-nin Fələstinin BMT-yə tam üzvlüyünə veto qoymasına baxmayaraq baş verib.

Check Also

Tehran əvvəlki səviyyəyə qayıtdı: İran raket istehsalını tam bərpa edib

İran raket istehsalını yenidən tam gücü ilə bərpa edərək arsenalını əvvəlki səviyyəyə çatdırıb. Boyukmillet.com xəbər …