Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

KİV: “Yaponiya Ukraynaya raket və hərbi sursat verməkdən imtina edib”

Yaponiya Ukraynaya tankəleyhinə raketlər və hərbi sursat verməkdən imtina edib.

Boyukmillet.com “Kiodo”ya istinadən xəbər verir ki, Yaponiya tərəfi bunu sorğunu yerinə yetirməyin hüquqi baxımdan çətin olması ilə əsaslandırıb. Yaponiya hökuməti Ukraynaya qoruyucu jilet və dəbilqələr təqdim etmək qərarına gəlib.

Məlumata görə, Ukrayna tərəfi fevralın sonlarında müvafiq sorğu ilə Yaponiyaya müraciət etmişdi.

Yaponiya hökumətinə görə, silah göndərilməsi üçün ölkə xaricinə silah tədarükü ilə bağlı 3 prinsip pozulmalıdır.

Rəsmi Tokio qoruyucu jilet və dəbilqələrdən başqa, həmçinin qış geyimləri, çadırlar, sanitar vasitələr, ərzaq və elektrik generatorları göndərəcək.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …