Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Kiyevdəki “Azərbaycan evi” bağlandı – Komitə sual dolu açıqlama yaydı -Yenilənib-VİDEO

Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Radasının yerləşdiyi “Azərbaycan Evi” 4 aydan artıqdır fəaliyyətini dayandırıb.

Boyukmillet.com xəbər verir ki, bu gün binanın üzərindəki təşkilatın adı sökülüb, binanın qarşısındakı Azərbaycan bayraqları isə yığışdırılıb.

“Azərbaycan Evi”nin bağlanmasına səbəb onun saxlanma xərclərini üzərinə götürən Diasporla iş üzrə Dövlət Komitəsinin bundan imtina etməsidir. Komitənin sədri Fuad Muradovun göstərişi ilə heç bir səbəb göstərilmədən “Azərbaycan Evi”nə ayrılan maliyyə dayandırılıb.

Qeyd edək ki, Ukraynadakı Azərbaycan diasporunun baş ofisi 10 il idi ki həmin binada yerləşirdi. Son zamanlar dünya ictimaiyyətinin diqqət mərkəzində olan, yüzminlərlə soydaşımızın yaşadığı, dünyadakı ən aktiv diasporlarımızdan olan Ukraynadakı Azərbaycan diasporunun mərkəzi qərargahının bağlanması acınacaqlı haldır.

***

18:00

Məsələ ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsindən Bakupost.az -a bildirilib:

“Ukraynadakı mövcud vəziyyətlə əlaqədar Ukrayna Azərbaycanlıları Radasının Kiyev şəhərində yerləşən ofisinin fəaliyyəti təhlükəsizlik məqsədilə müvəqqəti dayandırılsa da, Rada müharibə şəraitinə uyğun öz aktivliyini qoruyub saxlayıb, yaranmış vəziyyətə müvafiq addımlar atıb, xüsusilə təxliyyə proseslərində fəal iştirak edib.

Bundan sonra da ofisin fəaliyyətinin davam etdirilməsi ilə bağlı heç bir problem yoxdur. Ukrayna Azərbaycanlıları Radasının ofisi işlək vəziyyətdədir, hazırda təşkilatın icraçı direktoru və aparat rəhbəri iş başındadırlar.

Yaxın günlərdə təşkilatın mərkəzi ofisinin binasında İdarə Heyətinin toplantısının keçirilməsi planlaşdırılıb”.

Redaksiyadan:

Diasporla İş üzrə Dövlət Komitəsi bir tərəfdən ofisin fəaliyyətinin dayandırıldığını etiraf edir, digər tərəfdən ofisin işlək vəiyyətdə olduğunu(?), təşkilat funksionerlərinin iş başında olduğunu bəyan edir. Bağlanın ofisdə fəaliyyət necə ola bilər? Bakupost.az -ın əldə etdiyi məlumata görə, ofisin qapısı 4 aydır bağlıdır, kirayə pulu veerilmədiyindən, icarədar müqaviləni birtərəfli şəkildə ləğv edib və qapının qıfılları dəyişdirilib…

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …