Şənbə , 23 Noyabr 2024
Drone Cameras

KKTC-nin yeni XİN rəhbəri vəzifəsini keçmiş həmkarından təhvil aldı

Quzey Kıbrıs Türk Cümhuriyyətinin Xarici işlər naziri vəzifəsinə təyin olunan Həsən Taçoy mərasimlə xarici işlər naziri vəzifəsini Tahsin Ərtoğruloğlundan təhvil alıb.

Boyukmillet.com xəbər verir ki, Xarici İşlər Nazirliyində keçirilən təhvil-təslim mərasimində çıxış edən Ərtoğruloğlu Taçoya vəzifəsində uğurlar arzulayıb və Taçoyun nazirliyin üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə inandığını bildirib.

İllərdir Xarici İşlər Nazirliyində çalışan məmurların çox uğurlu bir komanda olduğunu bildirən Ərtoğruloğlu, Taçoyun ölkəsinə ciddi töhfə verəcək şüurlu və əzmli bir komanda ilə işləmək şansı olduğunu söyləyib. 

Həsən Taçoy da Ertuğruloğlunun Kıbrısla bağlı təcrübə və biliyini onunla bölüşəcəyini bilməsindən məmnun olduğunu və qürur duyduğunu bildirib.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …