Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

Komitə sədri: Həlak olan minatəmizləyənlərə şəhid adının verilməsi təklifi müsbət qarşılanıb

Həlak olan minatəmizləyənlərə şəhid adının verilməsi təklifi müsbət qarşılanıb.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında komitə sədri Arzu Nağıyev deyib.

O qeyd edib ki, minatəmizləyənlərə təklif edilən güzəşt və imtiyazların tətbiqi üçün müvafiq qanunlara dəyişiklik edilə bilər:

“Bu haqda da aidiyyəti qurumlarla danışıq aparılıb”.

Xatırladaq ki, adıçəkilən komitədə qanun layihəsinin birinci oxunuşu zamanı deputat Səbinə Salmanova minatəmizləyənlərə vəzifələrini icra edərkən həlak olduqları halda şəhid statusunun verilməsini təklif etmişdi.

Check Also

Minatəmizləmə maşınlarının operativ nəqliyyat vasitələri hesab edilməsi I oxunuşda qəbul edilib

Milli Məclis minatəmizləmə əməliyyatlarında istifadə edilən xüsusi təyinatlı nəqliyyat vasitələrinin operativ nəqliyyat vasitələri hesab edilməsini …