Cümə , 22 Noyabr 2024
Drone Cameras

Komitə sədri QHT rəhbərini qəbul edib

MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva TOHGMİB sədri, “Hərbi And” qəzetinin təsisçisi və Baş redaktoru Emin Həsənli ilə görüşüb və gənclər arasında hərbi vətənpərvərlik ruhunun daha da gücləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, “Hərbi And” qəzetinin təsisçisi və Baş redaktoru Emin Həsənli ilə görüşüb. Görüşdə Vətən Müharibəsi, onun nəticələri, yeni mədəniyyət strategiyası və ziyalıların, ictimai xadimlərin üzərinə düşən mənəvi məsuliyyət barədə danışılıb. Komitə sədri TOHGMİB sədrinin xidmətlərinə vurğu edib, ürək sözlərini bölüşüb: 
“Sizi işğalçı düşmən üzərində parlaq qələbə münasibəti ilə təbrik edir, gənclərin hərbi-vətənpərvərlik işinin təşkilindəki ardıcıl çalışmalarınıza, özəlliklə Vətən Müharibəsi dövründə əhalinin düzgün bilgiləndirilməsindəki fəal rolunuza görə Milli Məclisin Mədəniyyət Komitəsi adından, şəxsən öz adımdan təşəkkür edirəm!Çox şadıq ki Ordumuzun xilaskarlıq missiyası mədəniyyət beşiyimiz Şuşa şəhərinin, digər şəhər və rayonlarımızda tapdaq altında qalmış, dağıdılmış, təyinatı dəyişdirilmiş yüzlərlə mədəniyyət müəssisəsinin, abidənin, tapınağın da bərpası, təmiri üçün imkanlar açdı. 
Müharibə günlərində şəhid olan hərbçilərimizin ruhu qarşısında bir daha ehtiramla baş əyir, onların müqəddəs işinin yarımçıq qalmadığı üçün qürur hissi keçiririk.Siz, şəhid ailələrimizə, yaralı qazilərə diqqət-qayğınızla seçilməklə yanaşı, gənclər sektorunda, ümumən vətəndaş cəmiyyəti institutlarının inkişafında özünəməxsus töhfələrlə çıxış edirsiz. Təsadüfi deyil ki cənab Prezidentin Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü təyin edilmisiz. Sizi, Sizin timsalınızda rəhbərlik etdiyiniz ictimai birliyin üzvlərini, qəzetiniz əməkdaşlarını bir daha tarixi zəfər münasibəti ilə ürəkdən təbrik edirəm”!E.Həsənli səmimi görüş və ürək sözlərinə görə Komitə sədrinə təşəkkür edib. TOHGMİB sədri, “Hərbi And” qəzetinin təsisçisi və Baş redaktoru Emin Həsənliyə Komitə adından  Təşəkkür məktubu və xatirə hədiyyələri təqdim edilib.Görüşdə Millət vəkili Məşhur Məmmədov, RHİM İB sədri Arzu Bağırova da iştirak edib və ürək sözlərini bölüşüblər.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …