Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

Konstitusiya Məhkəməsinin sədri: Xarici təcrübənin öyrənilməsi və tətbiqinə xüsusi diqqət yetirilir

Konstitusiya Məhkəməsi konstitusiya ədalət mühakiməsinin inkişaf meyillərinin, o cümlədən xarici ölkələrin konstitusiya məhkəmələrinin təcrübəsinin öyrənilməsinə və bu təcrübənin tətbiq edilməsinə xüsusi diqqət yetirir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin məhkəmənin fəaliyyətə başlamasının 26-cı ildönümü ilə əlaqədar yazdığı məqalədə qeyd olunub.

Bildirilib ki, Konstitusiya Məhkəməsinin Plenumu qəbul edilən bir çox qərarlarında beynəlxalq hüquqi aktların, xüsusilə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın müddəalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna, həmçinin respublikanın tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə istinadların edilməsinə xüsusi önəm verir.

Həmçinin, Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələrin həyata keçirilməsinə xüsusi önəm verərək bir sıra beynəlxalq təşkilatlar və xarici ölkələrin konstitusiya nəzarəti orqanları ilə sıx əməkdaşlıq həyata keçirməsinə də diqqət çəkilib:

“Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi beynəlxalq məhkəmə-hüquq əməkdaşlığı çərçivəsində müxtəlif dövlətlərin konstitusiya nəzarəti orqanları, həmçinin beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan beynəlxalq tədbirlərdə iştirak edir. Bu cür tədbirlərdən biri cari il mayın 22-23-də Kişineu şəhərində keçirilmiş Avropa Konstitusiya Məhkəmələri Konfransı Təşkilatının XIX Konqresi olub. Bu mötəbər beynəlxalq konqres çərçivəsində bir sıra aktual hüquqi məsələlər üzrə ətraflı fikir mübadiləsi və müzakirələr aparılmış, məruzələr dinlənilib. Şübhəsiz ki, belə beynəlxalq tədbirlərin təşkil edilməsi konstitusiya ədalət mühakiməsi sahəsində qabaqcıl təcrübə və tendensiyaların öyrənilməsi baxımından geniş imkanlar yaradır, eyni zamanda, yeni əməkdaşlıq münasibətlərinin qurulması üçün əlverişli və universal platforma qismində çıxış edir”.

Check Also

Ermənistanın Bərdədə törətdiyi terrordan dörd il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz …