Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Koreya sahillərində yanan gəmidə Rusiyanın iki dənizçisinin meyiti aşkarlanıb

Koreya Respublikası (Cənubi Koreya) sahillərində yanan gəmidə Rusiyanın iki dənizçisinin meyiti aşkarlanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi aprelin 21-də məlumat yayıb.

Bildirilib ki, dənizçilərin meyiti gəminin göyərtəsində aşkar edilib. Daha iki nəfərin meyitinin axtarışı davam edir.

Bir müddət əvvəl Rusiya gəmisinin Cənubi Koreyada yandığına dair məlumat yayılmışdı. Gəminin göyərtəsində 25 heyət üzvü olub. Onlardan 21-i xilas edilib, 4-nün axtarışı aparılıb.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …