Şənbə , 20 Aprel 2024
Drone Cameras

Koronavirus peyvəndinin qiyməti açıqlandı

Rusiyada istehsal olunan “Sputnik V” koronavirus peyvəndinin qiyməti 10 dollardan (17 manat) azdır və vaksin 2021-ci ilin əvvəlindən etibarən digər ölkələrə satılmağa başlanacaq.

Boyukmillet.com  xəbər verir ki, bunu Rusiya Birbaşa İnvestisiya Fondunun (RBIF) prezidenti Kirill Dmitriyev Birləşmiş Millətlər Təşkilatının (BMT) xüsusi iclasında deyib.

O, iclasda “Sputnik V” peyvəndi ilə bağlı təqdimat edib. Telekonfrans vasitəsilə keçirilən təqdimata Şimali Koreya, Misir, Belarusiya, Əlcəzair, Qətər, Hindistan, Tacikistan, Özbəkistan, Azərbaycan, Sinqapur, Tayland və Suriya daxil olmaqla 55 ölkənin nümayəndələri qatılıb.

Əvvəlcə peyvəndin istehsal müddətini diqqətə çatdıran Dmitriyev daha sonra peyvəndin paylanması və göndəriləcək ölkələr haqqında məlumat verib:

“Rusiyanın hazırladığı “Rus Sputnik V” peyvəndi digər ölkələrdə hazırlanan vaksinlərlə müqayisədə çox ucuzdur. “Rus Sputnik V” koronavirus vaksinin dəyəri doza başına 10 dollardan azdır və müqayisədə digər peyvəndlərdən ucuz olacaq. “Sputnik V” peyvəndi üçün bəzi ölkələrlə razılaşmışıq, bu ölkələrdə sınaqlar davam etdirilir. Peyvənd 2021-ci ilin əvvəlindən etibarən digər ölkələrə satılmağa başlayacaq”. (teleqraf.com)

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …