Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Koronavirusu gizli keçirənlər vaksin vurdura bilər? – Açıqlama

Azərbaycan Tibb Universiteti, Mikrobiologiya və immunologiya kafedrasının baş müəllimi, Tədris Cərrahiyə Klinikası, Klinik Diaqnostik Laboratoriyasının müdiri Yavər Hacısoy virusu gizli keçirənlər və ya daha çox yaxma analizi vermədən ev şəraitində müalicə almış insanların immunitet sertifikatı əldə edə bilməməsi məsələsi barədə açıqlama verib.

Boyukmillet.com-un məlumatına görə, Yavər Hacısoy bildirib ki, orqanizmdə olan igG-nin vaksinasiya üçün əks göstəriş olduğuna dair heç bir mənbədə məlumat yoxdur:

“Yəni siz xəstələnib sağaldıqdan sonra bədəndə anticisimlərin az miqdarda qalması vaksinasiyaya əks göstərici deyildir və hər hansı bir fəsad doğura bilməz. Onu da qeyd edim ki, xəstəliyi xəbərsiz və ya ev şəraitində yüngül keçirən insanlarda ciddi anticisimlərin yaranması da müşahidə olunmur. Bu səbəbdən seraloji müayinənin pozitiv olduğu halda belə peyvənd orqanizmə daha güclü dəstək olacaq”.

Həkim bəzən vətəndaşların qanın ümumi analizi vasitəsi ilə virusun aşkarlanacağını düşünməsi barədə də danışıb:

“Ümumi qan analizi əsasən qanımızda hüceyrələrin miqdarını və vəziyyətini göstərir. Qan hüceyrələri hansılardır: eritrositlər, leykositlər, trombositlər. Trombosit əslində hüceyrə qalığı kimi hesab olunur.

Qanın kliniki analizinin göstəricilərinin öyrənilməsi anemiya, polisetemiya, trombositopeniya, trombositoz və leykopeniya, leykositoz kimi vəziyyətləri qiymətləndirməyə imkan verir ki, bu vəziyyətlər həm hər hansı xəstəliyin simptomu, həm də müstəqil patologiya zamanı ola bilir”.

Check Also

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq – RƏSMİ

10, 11 aprel Azərbaycanda Ramazan bayramıdır. Boyukmillet.com xəbər verir ki, aprelin 12-si həftənin cümə gününə …