Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Koronavirusun ikinci dalğasının başlayacağı vaxt AÇIQLANDI

“Bütün dünyada hələ birinci dalğadır. Biz sadəcə bunu mərhələli şəkildə görə bilərik. Yəni bir və ikinci mərhələ var”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

R.Bayramlı qeyd edib ki, sayın yüksəlməməsi üçün qaydalar tətbiq olunur: “Qış mövsümündə ikinci dalğa ola bilər. Bu da mutasiya ilə əlaqəlidir. Mutasiyanın hansı istiqamətə gedəcəyi və növbəti dalğanın olması bu gün üçün sual altındadır”.   

Check Also

5,2 milyon manatlıq müqavilə tender keçirilmədən Abid Şərifovun şirkətinə verilib

Həmin dövrün maliyyə hesabatında şirkətdə təxminən 260 min funt sterlinq vəsait göstərilirdi; Meydan TV bunu …