Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

“Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi hər zaman dövlətin diqqətindədir”

Əlisahib Hüseynov: “Bu, torpaqlarımızın azad ediləcəyi günə qədər dövlətimizin əsas proritetlərindən biri olacaq”

“Prezident İlham Əliyev Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında çox önəmli fikirlər səsləndirdi. Eyni zamanda qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin hər zaman dövlətin diqqətində olduğunu bir daha əyani şəkildə sübut etdi. Ölkə başçısı öz çıxışlarında həmişə birmənalı olaraq bildirib ki, işğal olunmuş torpaqlar erməni silahlı qüvvələrindən azad olunmalı, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. Bunun alternativi yoxdur. Lakin torpaqlarımızın azad ediləcəyi günə qədər məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması da dövlətimizin əsas proritetlərindən biri olaraq qalacaq”.

Boyukmillet.com xəbər verir ki, bunu açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.

Məcburi köçkünlərin sığındığı çadır şəhərciklərinin ləğv olunmasının da məhz bu məqsədə xidmət etdiyini deyən partiya sədri vurğuladı ki, indiyə qədər dövlət tərəfindən 100-dən çox qəsəbə-şəhərcik salınıb, 300 mindən çox məcburi köçkün mənzillərlə təmin olunub:

“Dünyada iqtisadi böhranın və pandemiyanın hökm sürdüyü belə çətin məqamda məcburi köçkünlərlə bağlı bütün layihələr Prezidentin diqqət mərkəzindədir. Biz bu layihələrin heç birində nə yubanmalara, nə də ki, ixtisarlara rast gəlməmişik. Mən özüm də məcburi köçkünəm və Birinci Qarabağ Müharibəsinin iştirakçısıyam. Ölkə başçısının məcburi köçkünlərə qarşı diqqət və qayğıkeşliyini yüksək qiymətləndirirəm”.

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …