Bazar , 11 Yanvar 2026
Drone Cameras

Kreml Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Moskvada görüşəcəyini təsdiqləyib

Kreml Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Moskvada görüş olacağını təsdiqləyib.

“Report”un Moskva müxbirinin xəbərinə görə, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, görüş gələn həftə keçirilə bilər.

“Gələn həftə biz Avrasiya inteqrasiyası məsələləri ilə məşğul olacağıq. Moskvada Avrasiya İqtisadi Forumu və Ali Avrasiya İqtisadi Şurasının iclası olacaq. Biz gözləyirik ki, həm Prezident İlham Əliyev, həm də baş nazir Nikol Paşinyan Moskvada olacaq. Biz mümkün əlaqələr barədə sizə vaxtında məlumat verəcəyik”, – o bildirib.

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …