Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Kreml: “Qarabağla bağlı üçtərəfli bəyanatlar nizamlanma üçün yeganə real əsasdır”

Rusiya Qarabağ məsələsi ilə bağlı üçtərəfli bəyanatların icrasını zəruri hesab edir.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, üçtərəfli bəyanatlar mübahisəsiz icra edilməlidir.

“Biz tərəflərin gərginliyin azaldılmasına səbəb ola biləcək və üçtərəfli bəyanatların həyata keçirilməsi istiqamətində gələcək irəliləyişlərə töhfə verəcək istənilən addımlarını alqışlamağa hazırıq. Bu üçtərəfli bəyanatlar nizamlanma üçün yeganə real əsasdır. Ona görə də, bütün müddəaların icrası istiqamətində addımlamağı alternativsiz və hamı üçün zəruri hesab edirik”, – D.Peskov bildirib.

Check Also

İran böhranı pik həddə-Rusiya vətəndaşlarını Bakı üzərindən çıxarır

Rusiya İrandakı vəziyyət fonunda vətəndaşlarının təxliyəsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə …