Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Krım körpüsündə partlayış: ölənlər var

Krım körpüsündə baş verən partlayış nəticəsində azı iki nəfər ölüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.

Körpüdə baş verən partlayış nəticəsində Rusiyanın Belqorod vilayətindən olan turistlərin olduğu avtomobilə də ziyan dəyib, 1 nəfər xəsarət alıb.

Daha əvvəl, Krımının qondarma “rəhbəri” Sergey Aksenov teleqramda bildirib ki, fövqəladə vəziyyətlə əlaqədar körpüdə nəqliyyatın hərəkəti dayandırılıb. “Krasnodar diyarı istiqamətində, 145-ci dayaq məntəqəsində fövqəladə hadisə baş verib. Hüquq-mühafizə orqanları və bütün cavabdeh qurumlar ərazidə işləyir”, – o deyib.

Hadisənin təfərrüatları açıqlanmır.

Check Also

Çin Hörmüzə görə İrana ÇAĞIRIŞ ETDİ

Pekin Hörmüz boğazının açıq saxlanmasını və neft, eləcə də mayeləşdirilmiş təbii qaz tədarüklərinə hücumlardan çəkinilməsini …