Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Krımda Rusiyaya məxsus hərbi hissədə partlayış olub

Krımın Canköy rayonunda Rusiyaya məxsus hərbi hissədə partlayış baş verib.

Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov məlumat verib.

Onun sözlərinə görə, partlayışdan sonra ərazidə yanğın başlayıb.

Belə ki, Rusiya Silahlı Qüvvələrinin silah-sursat anbarının yandığı qeyd olunub.

Hazırda yanğın davam edir.

Xatırladaq ki, bundan əvvəl Krımda hərbi aerodomda da partlayış olub.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …