Bazar , 24 Noyabr 2024
Drone Cameras

KTMT: “Ermənistan-Azərbaycan sərhədindəki gərginlik siyasi və diplomatik yolla həll edilməlidir”

“Hesab edirik ki, münaqişə yalnız sülh, siyasi və diplomatik yollarla həll edilməlidir”.

Boyukmillet.com xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mətbuat katibi Vladimir Zaynetdinov bildirib.

“KTMT vəziyyəti diqqətlə izləyir. Rəsmi olaraq katibliyə Ermənistan tərəfdən heç bir müraciət daxil olmayıb”, – o əlavə edib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib. Azərbaycanın Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb.

Genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb və növbəti dəfə rəsmi İrəvanın təxribat törətmək cəhdi uğursuzluqla nəticələnib.

Check Also

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib. Boyukmillet.com xəbər verir ki, turistlər işğaldan azad edilmiş …