Şənbə , 23 Noyabr 2024
Drone Cameras

KTN: “Kəlbəcər-Laçın balını yüksək qiymətlərlə ixrac etmək olar”

“Kəlbəcər yaylaqlarında bal süzümü yekunlaşır”.

Boyukmillet.com xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib.

O qeyd edib ki, məhsuldarlıq gözləntiləri üstələyib: “Hər pətəkdən 30 kiloqram bal götürməyi hədəfləyən arıçılar 45-50 kiloqram bal toplamağın sevincini yaşayırlar. Kəlbəcərin Zülfüqarlı kəndində yerləşən arıçılıq təsərrüfatının rəhbəri Vahid Məmmədovla arıların yaylaqlarda davranışını, iş qabiliyyətinin artmasını, yaylaq bitkilərinin nektar potensialını müzakirə etdik. Vahid müəllim deyir ki, Kəlbəcər balı polen tərkibinə görə əvəzsizdir. Bu balın markalaşdırılması, brendləşdirilməsi vacibdir. Buna nail olsaq, Kəlbəcər-Laçın balını yüksək qiymətlərlə ixrac etmək olar. Bundan həm dövlət, həm arıçı qazanar. Gələn il arıları aprelin sonlarında yaylaqlara qaldıra bilsələr, 3-4 dəfə keyfiyyətli bal süzə biləcəklər. Kəlbəcər yaylaqlarının bitki və meşə örtüyü potensialı buna imkan verir”.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …