Şənbə , 27 İyul 2024
Drone Cameras

Kür çayında tapılan meyitin kimliyi dəqiqləşib

Kür çayında tapılan meyitin kimliyi müəyyən edilib.

Boyukmillet.com xəbər verir ki, iyunun 2-də Tovuz rayonunda avtomobillə Kür çayına düşənlərdən iyunun 9-da tapılan meyitin Vüqar Cəfərovun olduğu dəqiqləşib.

Digərlərinin axtarışları hələ davam edir.

Xatırladaq ki, “VAZ-2107” markalı avtomobilin Kür çayına düşməsi nəticəsində 1992-ci il təvəllüdlü Turqut İbrahimov, 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov çaya düşüb. Onlardan yalnız T.İbrahimov çaydan çıxa bilmişdi.

Check Also

Azyaşlını qəsdən öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin istintaqı tamamlanıb

Sumqayıt şəhəri ərazisində martın 31-də dəniz sahilində uşaq meyitinin aşkar edilməsi faktı üzrə şəhər prokurorluğunda …