Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Kürdəmirdə 49 yaşlı kişi intihar etdi

Kürdəmir rayon sakini intihar edib.

Boyukmillet.com xəbər verir ki hadisə bu gün səhər saatlarında Cəyli kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1971-ci il təvəllüdlü Yusif Əlmövsüm oğlu Dadaşov yaşadığı evdə özünü asıb. 

Hadisə yerinə rayonun hüquq-mühafizə orqanları və prokurorluğunun əməkdaşları cəlb olunub.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Y.Dadaşov ailəlidir və iki qız atasıdır.

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …