Cümə , 29 Mart 2024
Drone Cameras

Küveyt koronavirusa görə İrana uçuşları dayandırdı

Küveytin milli aviadaşıyıcısı “Kuwait Airways” İranın Qum şəhərində yeni növ koronavirusla əlaqədar qeyd alınan ölüm halları fonunda virusun yayılmasından ehtiyat edərək İrana uçuşları təxirə salıb.

Boyukmillet.com RİA “Novosti”yə istinadən xəbər verir ki, aviaşirkətin “Twitter” səhifəsində yayılmış məlumatda Səhiyyə Nazirliyi və Mülki Aviasiya Administrasiyasının növbəti bildirişinə qədər İrana bütün uçuşların bu gündən etibarən dayandırıldığı göstərilib.

Bu arada Küveyt ehtiyat tədbirləri çərçivəsində İranla su əlaqəsini də kəsib. 

Daha əvvəl Küveytin Səhiyyə Nazirliyi ölkə vətəndaşlarını qəti şəkildə İranın Qum şəhərinə getməməyə çağırmış, oradan geri dönənlərin hamısının karantin rejimində saxlanılmasına göstəriş vermişdi.

İraq da öz növbəsində İranla sərhəddəki keçid məntəqəsini bağlayıb.

Xatırladaq ki, fevralın 19-da İranın Qum şəhərində koronavirusa yoluxmuş 2 nəfər ölüb. Fevralın 20-də isə daha 3 nəfər koronavirusa yoluxmaq şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …