Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Tecili:Dərbənddə gərginlik yaşanır

Boyukmillet.com xəbər verir ki bir neçə gündür ki, Dərbənddə gərginlik yaşanır. İnformasiyada deyilir: “Xeyli vaxtdır ki, Nizami parkından dahi şairin heykəli götürülüb. Bizə deyiblər ki, abidə yenisi ilə əvəzlənəcək. Hamı bunu gözləyir. Belə bir vaxtda parkın ərazisinə buldozerlər və traktorlar gətiriblər. Məlum olub ki, ərazisində yeniliklər ediləcək, burada böyük fəvvarə quraşdırılacaq. Tikinti ilə əlaqədar qazıntı işlərinə başlanılıb. Əsas problem də bundadır. Bir neçə il öncə parkda idman kompleksi tikmək istəyirdilər. Həmin vaxt da qazıntı işləri aparıldı. Oradan XII əsrə və oğuz türklərinə aid olduğu iddia edilən məzarlıq aşkarlandı. Moskvadan komissiya gəldi və deyilənlər təsdiqləndi. Məhz buna görə də, tikinti işləri qadağan edildi. İndi də Dərbənd şəhərinin başçısı Xizri Abakarovun göstərişi ilə yenidən qazıntı işləri start götürüb. Bu dəfə də oğuz türklərinin məzarlığı aşkarlanıb. Lakin rusiyalı milyarder Süleyman Kərimovun əmri ilə oturub-duran şəhər meri qazıntını saxlamır. Dərbənd şəhər muzey-qoruğunun direktoru Əli İbrahimov məsələyə ciddi təpki göstərib və qazıntı işlərinin dərhal dayandırılmasını tələb edib. Onun üçün də şəhər rəhbərliyinin qəzəbinə tuş gəlib. O, Əli İbrahimovu millətçilikdə suçlayıb və dediklərinə məhəl qoymayıb. Hazırda muzey-qoruğun direktorunun işdən çıxarılacağı və qondarma ittihamlarla həbs ediləcəyi gözlənilir. Əli İbrahimov faktiki olaraq küncə sıxışdırılmış vəziyyətdədir.”

Mənbə bildirir ki, baş vermiş hadisə Dərbənd azərbaycanlılarının ciddi etirazına səbəb olub. Onlar aksiyalar keçirmək istəyirlər. Bu da xoşagəlməz hadisələrin baş verməsinə gətirib çıxaracaq: “Şəhər meri çoxdandır ki, azərbaycanlıları sıxışdırır. Ötən il bir qrup ziyalını qəbul edərkən onları millətçilikdə ittiham etmiş, həbslə hədələmişdi. İndi isə bu cür qanunsuz qazıntı işlərinə əl atmaqla süni qarşıdurma yaratmaq istəyir.”

Boyukmillet.com-un məlumatına görə başqa bir məlumatda isə bildirilir ki, yaxın günlərdə Əli İbrahimovun vəzifəsindən azad ediləcəyi gözlənilir.

Check Also

Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən Elməddin Fətəliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. …