Çərşənbə , 8 May 2024
Drone Cameras

Müslüm Maqomayev haqqında çəkilən serialın treyleri yayımlandı – VİDEO

Rusiyanın nüfuzlu “Channel 1” telekanalı məşhur müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Mağomayevə həsr olunmuş “Maqomayev” serialının treylerini təqdim edib.

Boyukmillet.com xəbər verir ki, rejisorlar Dmitriy Turin və Roman Prıqunov tərəfindən çəkilmiş ekran əsərində böyük sənətkarın həyatı, o cümlədən opera müğənnisi Tamara Sinyavskaya ilə tanışlığı və məhəbbət hekayəsi təsvir olunur. Çəkilişləri Bakıda, Moskvada və Zelenoqrad şəhərlərində aparılmış serialda T.Sinyavskaya məsləhətçi olaraq töhfəsini verib.

Müslüm Maqomayev surətini serbiyalı aktyor Miloş Bikoviç canlandırıb

https://www.youtube.com/watch?v=a6nAARm3Lr0&feature=emb_logo

Check Also

Ərzurumda Türkiyə-Azərbaycan dostluq konserti keçirilib

Ərzurumda Türkiyə-Azərbaycan dostluq konserti keçirilib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə …