Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

KXDR Cənubi Koreya və ABŞ-a xəbərdarlıq edib

Koreya Xalq Demokratik Respublikası (KXDR) Cənubi Koreya və ABŞ-ın təlimləri öncəsi ölkənin mühafizəsi ilə bağlı bir sıra tədbirlər qəbul edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Agentlik təsdiq edilmiş tədbirlərin məzmununu açıqlamayıb, lakin ABŞ və Cənubi Koreyanın təxribatlarının qırmızı xəttə çatdığını bildirib.

Bundan əvvəl məlum olub ki, Cənubi Koreya və ABŞ gələn həftə başlayacaq və martın 23-dək davam edəcək birgə təlimlər keçirməyi planlaşdırır.

Rəsmi Pxenyan xəbərdarlıq edib ki, Seul və Vaşinqton bu il birgə təlimlər keçirmək planlarını irəli sürsələr, görünməmiş güclü müqavimətlə üzləşəcəklər. KXDR onları təcavüzkar müharibəyə hazırlıq kimi qiymətləndirir.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …