Cümə , 17 Aprel 2026
Drone Cameras

Lənkəran sahibkarlarının qaz təchizatı problemləri dinlənildi

“Açıq mikrofon” aksiyası iki ildən çoxdur ki, paytaxtla yanaşı, bütün regionları da əhatə edir. Aksiya çərçivəsində həm sakinlərlə, həm də sahibkarlıq subyektləri ilə görüşərək qaz təchizatı ilə bağlı problemlərin həllinə yardımçı oluruq. Bu gün də “Səyyar qəbul otağı” sizin ixtiyarınızdadır”.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Lənkəran şəhərində sahibkarlarla keçirilən görüş zamanı Regional İdarəsinin rəisi bildirib.

Daha sonra sahibkarlar mikrofon önünə keçiblər. Amid Abdullayev bəzi hallarda qaz təzyiqinin aşağı olduğunu bildirib. Sahibkarlıq subyektləri Akif Cəlalov və Səyyad Şirvanov isə istehlak olunan təbii qaza görə yaranan borcun ödənilməsi üçün möhlət istəyiblər. Sahibkarlarla yanaşı, sakinlər də aksiyanın imkanlarından yararlanıblar. Gülvəz Rəhimova borc səbəbindən qaz təminatının dayandırıldığını bildirib.

Yaranmış borcun müəyyən hissəsini ödəmək imkanının olduğunu bildirən abonent fərdi yaşayış evinə təbii qazın verilişinin bərpa olunmasını xahiş edib. Səsləndirilən hər bir müraciət qeydiyyata alınıb, bəzi müraciətlərin icrası ilə bağlı tapşırıq verilib.

Lənkəran sahibkarlarının qaz təchizatı problemləri dinlənildi
Lənkəran sahibkarlarının qaz təchizatı problemləri dinlənildi
Lənkəran sahibkarlarının qaz təchizatı problemləri dinlənildi

Check Also

Dənizkənarı Milli Parkda əlillər üçün dayanacaq əlçatan deyil – HESABAT

Dənizkənarı Milli Park ərazisində yerləşən avtobus dayanacağında mövcud infrastruktur təkərli oturacaqdan istifadə edən şəxslərin ictimai …