Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Lənkəranda mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var

Lənkəranda mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var.

Boyukmillet.com xəbər verir ki, hadisə Lənkəran-Boradigah magistralında, rayonun Ṣaqlaser kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Zövlə kənd sakini İdrak Şəfiyev idarə etdiyi 42-CE-908 dövlət qeydiyyat nişanlı “VAZ-2199” markalı avtomobil Lənkəran istiqamətində hərəkətdə olarkən qarşıdan gələn 1961-ci il təvəllüdlü Əbülfət Mürvət oğlu Baxşıyevin idarə etdiyi 99-MK-642 dövlət qeydiyyat nömrə nişanlı “VİTA” markalı mikroavtobusla toqquşub. Hadisə nəticəsində “VAZ-2199” sürücüsü və sərnişin qismində avtomobildə olan qardaşı Ziyafət Şəfiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İlkin versiyaya görə, hadisəyə səbəb yağışlı hava şəraiti olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …