Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Laçın dəhlizində Rusiya sülhməramlılarının postları sökülür

Laçın dəhlizində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi postların sökülməsinə başlanılıb.

Boyukmillet.com xəbər verir ki, söküntü işlərinə avqustun 23-dən start verilib və davam etdirilir.

Bununla da Laçın şəhəri, Laçın rayonunun Zabux və Sus kəndləri aid olduğu dövlətin – Azərbaycanın nəzarətinə keçəcək.

Müvəqqəti postlar Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Qarabağla Ermənistan arasında əlaqəni təmin edən yeni hərəkət marşrutunda quraşdırılacaq.

Check Also

Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür

Bu gün Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür. Boyukmillet.com xatırladır ki, müzəffər Azərbaycan …