Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Latviya Belarus və Rusiya ilə hava məkanını bağlayır

Latviya bu gündən etibarən Belarus və Rusiya ilə sərhəd boyunca hava məkanını bağlayır.

Boyukmillet.com xəbər verir ki, bu barədə Latviya KİV-ləri ölkənin müdafiə naziri Andris Sprudsa istinadən bildirib.

“Sentyabrın 11-də saat 18:00-dan etibarən şərq sərhədi üzərində uçuşlar ən azı bir həftə qadağan ediləcək”, – Spruds bildirib.

Latviyanın müdafiə naziri izah edib ki, Belarus və Rusiya ilə sərhəddəki hava məkanı zonası risklərin qiymətləndirilməsindən sonra Milli Silahlı Qüvvələrin tövsiyəsi ilə bağlanıb.

“Çərşənbə günü Polşada baş verən hadisələr NATO-nun hava məkanının açıq şəkildə pozulmasıdır və Latviya müvafiq şəkildə hərəkət etməlidir. Hazırda Latviyaya qarşı birbaşa təhdid olmasa da, preventiv tədbirlər zəruridir”, – o deyib.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …