Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Latviya Seymi BMT-ni Ukrayna səmasını bağlamağa çağıran bəyanat qəbul edib

Latviya Seymi (parlamenti) yekdilliklə BMT-ni Ukrayna səmasını bağlamağa çağıran bəyanat qəbul edib.

Boyukmillet.com “Report”a istinadən xəbər verir ki, bu barədə Seymin rəsmi saytında dərc olunmuş məlumatda deyilir.

Parlamentarilər BMT-yə üzv dövlətləri Ukrayna üzərində uçuşa qadağa zonası yaratmaq üçün təcili tədbirlər görməyə və bununla da ölkəni müdafiə etməyə çağırıblar.

Deputatlar Ukrayna ərazisində humanitar dəhlizlərin təhlükəsiz istismarını təmin etmək üçün təcili tədbirlərin görülməsinə çağırış ediblər.

Bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin Bratislavada slovakiyalı həmkarı Yaroslav Nad ilə birgə mətbuat konfransında bildirib ki, Vaşinqton Ukrayna üzərində uçuşa qadağa zonası yaratmaq niyyətində deyil, çünki bu, Rusiya ilə münaqişəyə gətirib

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …