Cümə axşamı , 13 Mart 2025
Drone Cameras

Lavrov qazaxıstanlı həmkarı ilə Xəzər dənizində əməkdaşlığı müzakirə edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Qazaxıstanın baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleu Xəzər dənizində çoxtərəfli əməkdaşlığın vacibliyini qeyd ediblər.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin iki nazir arasında danışıqların yekunlarına dair hesabatında deyilir.

Danışıqlar zamanı Xəzəryanı ölkələr tərəfindən razılaşdırılmış beştərəfli sazişlərin və təşəbbüslərin ardıcıl surətdə həyata keçirilməsinin aktuallığı vurğulanıb.

Tərəflər çoxşaxəli əməkdaşlığın siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəni-humanitar komponentlərini müzakirə ediblər.

Check Also

İran Trampın nüvə proqramı ilə bağlı məktubunu almayıb

İran hələ ABŞ Prezidenti Donald Trampın ölkənin nüvə proqramı ilə bağlı məktubunu almayıb. Boyukmillet.com TASS-a …