Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Lenta.ru: “Cinayətkarlar beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər”

“Lenta.ru” xəbər portalı Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar məqalə dərc edib.

Boyukmillet.com xəbər verir ki, məqalədə soyqırımı haqqında məlumat, həmçinin onun qısa xronikası barədə məlumat verilib.

Portal Xocalı şahidləri və orada olmuş jurnalistlərin qeydləri və kitablarına istinad edərək baş verən hadisələri ətraflı anladıb.

Həmçinin yazıda Xocalı faciəsinə beynəlxalq səviyyədə verilən reaksiya da öz əksini tapıb.

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin o zaman Xankəndində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbçilərinin iştirakı ilə əsasən azərbaycanlıların məskunlaşdığı Xocalı şəhərini ələ keçiriblər. Hücum zamanı 600-dən çox sakin həlak olub və 30 il keçməsinə baxmayaraq, günahkarlar cəzalandırılmayıb”.

“Lenta.ru” həmin hadisələrin bütün dünyada xatırlandığını vurğulayıb: “ABŞ-ın Şimali Karolina ştatının Fayetevil, Durem və Apeks şəhərlərinin merləri fevralın 26-nı Xocalı faciəsi qurbanlarının xatirəsini anma günü elan ediblər. Bununla əlaqədar “Qarabağ və Xocalı soyqırımı” adlı konfrans keçiriləcək. Böyük Britaniya parlamentinin üzvləri də Azərbaycan xalqına başsağlığı veriblər. Bir ay əvvəl Azərbaycan BMT-də Xocalı soyqırımını törədənlərin cəzasız qalması məsələsini qaldırıb və Xarici İşlər Nazirliyi rəsmi İrəvanı cinayətlərinin gələcəkdə təkrarlanmaması üçün etiraf etməyə çağırıb”.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …